Реклама на сайте (разместить):



Реклама и пожертвования позволяют нам быть независимыми!

Шамлы

Материал из Викизнание
Перейти к: навигация, поиск

“ŞAMLI” ADI HAQQINDA

Eldəniz ABBASLI, pedaqoji elmlər namizədi. E-Mail: abbasli61@yahoo.com


О НАЗВАНИИ “ШАМЛЫ”

РЕЗЮМЕ


кандидат педагогических наук Эльданиз АББАСЛЫ


Статья посвящена названиям сельских местностей Азер¬бай¬джана. В статье говорится о селах с названием «Шамли», рас¬сматривается топология этого наименования. Автор считает что, есть необходимость в адекватных научных исследованиях.


ABOUT NAME “SHAMLI”

SUMMARY

Dr. Eldaniz ABBASLI

Article is devoted to names of countryside’s of Azerbaijan and the world. In the article spoken about villages with name “Shamli”, the topology of this name is considered. The author considers that there is a necessity for adequate scientific researches.


Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ (əvvəl – Qutqaşın) rayonundakı “Şamlı” adıdır. Tarixdən məlumdur ki, “Şamlı” (“Şamlu”) Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir. Şamlı adının mənşəyi haqqında istər xarici, istərsə də Azərbaycan tədqiqatçılarının məqalə və kitablarında, tədqiqat əsərlərində, o cümlədən internet saytlarında müfəssəl məlumat verilir. Məsələn, ölkəmizin ictimai-siyasi, iqtisadi həyatına aid bir çox sanballı məqalələrin müəllifi olan Azərbaycan ziyalısı Məhəmməd Həsən Vəliyevin (Baharlı) “Azərbaycan” adlı kitabında (fiziki-coğrafi, etnoq-rafiq və iqtisadi oçerk) Şamlı adı haqqında belə yazılır: “1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana səlçuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır... Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxu monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlçuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur”. M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: “...Başqa səlçuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və indi Azərbaycanda Dəməşq deyilən Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlçuqlardan ibarətdir. Onlar “Şamlı” adı altında Əmir Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışlar. Burdan da onlar Azərbaycana keçərək öz adlarını aşağıdakı kəndlərə vermişlər:

  • Göyçay qəzasında – Şamlı;
  • Ağdaş qəzasında – Şamlı”.

Bu barədə məlumata Q. Ağayevin rus dilində internetdə oxuduğumuz ”Dannıye etnotoponimii o rasselenii tyurkoyazıçnıx plemen v Azerbaydjane XI-XV vv.” adlı məqaləsində də rast gəlirik. Məqalədə yazılır ki, “Bir çox səlçuq tayfası monqolların təzyiqi nəticəsində Kiçik Asiyaya çıxıb getmiş, di-gərləri isə Azərbaycanda qalmışlar. Onların etnonimi bu günə qədər məsələn, Ayrum, Şamlı, Bəydili, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, Dügər və s. toponimlərdə qorunub saxlanıb”. İnternetdə yayınlanmış rus dilində başqa bir yazıda da Şamlı boyu haqqında məlumat var. Yazıda deyilir ki: “Bir vaxtlar Səfəvi Şıx Əlinin borcu əvəzinə Anadoludan İrana yeddi türkmən-oğuz tayfası gedir. Tarixi mənbələrdə onlar bu qaydada sıralanıb: Ustaclı, Şamlı, Təkəli, Baharlı, Dulqadir, Afşar və Qacar...”. Hazırda Şamlı (Şamlu) tayfasının öz adını aşağıdakı yaşayış məskənlərinə verdiyini görürük: * Şamlı kəndi – Azərbaycan Respublikasının Qəbələ və Zəngilan rayonlarında, Türkiyənin Balıkəsir vilayətində;

  * Hacı Şamlı kəndi – Azərbaycan Respublikasının Kəlbəcər rayonunda (işğala qədər – müəl.); 
  * Mirşamlı kəndi – Azərbaycan Respubli-kasının Şamaxı rayonunda;
  * Aşağışamlı qəsəbəsi –  Türkiyənin Dəniz-li vilayətində; 
  * Yuxarışamlı kəndi – Türkiyənin Dənizli vilayətində;
  * Şamlı kəndi – Türkiyənin Qaraman vila-yətinin Bəyşehir rayonunuda;  
  * Şamlı şəhəri – Hindistanın Uttar Pradeş ştatının Muzaffarnaqar rayonunda;
 * Şemli kəndi – Türkmənistanda;
 *  Şamlı kəndi – Nigeriyada;
 *  Şamlı kəndi – Taylandın şimal bölgəsində;
 *  Şamlı şəhəri – İraqın Muhafazat al Basrah bölgəsində;
 *   Bi’r aş Şamlı şəhəri – Suriyanın Muhafazat Hələb bölgəsində;
 *   Şamlı şəhəri – Pakistan;    
 * Şamlıoğlu kəndi – Türkiyənin Sinop vilayəti;  
*  Şamlu şəhəri – İranın Qərbi Azərbaycan ostanında;
 * Şamlu-ye Kuçak kəndi – İranda və s.

Bundan başqa Şamlı məhəlləsi (Türkiyənin Aksaray şəhərində), dərə (Əfqanıstanda), Şamlılar, Şamlıoğulları adını daşıyan nəsil (Türkiyənin Muğla və Trabzon vilayətlərində, Dənizli vilayətinin Babadağ rayonunda), Şamlular qəbiləsi (oymaq) (Türkiyənin Ərzurum vilayətinin Uzundərə rayonunda), Şamlı, Şamlu, Şamlıoğlu soyadları (Türkiyədə, Özbəkistanda, Şimali Kipr Türk Respublikasında, İranda, Rusiyada, Ukraynada və s.), ad (Hindistanda), küçə adı (İstanbulda) və s. vardır. Bundan başqa Türkiyədə, Mərsin-Silifkə yolunun cənub-şərqindəki bölüm “Şamlı göl” olaraq bilinir. Buranın yanında isə müsəlman qəbiristanlığı vardır və xalq arasında “Suriyalı” qəbiristanlığı olaraq tanınır. Bundan başqa Şimali Kipr Türk Respub-likasındakı “Bülbüldərəsi” qəbiristanlığında “Şamlıoğlu” və “Şamlı” soyadlı insanların xeyli sayda qəbirləri var. Soyadlarından da məlum olur ki, bu qəbirlər Nazim Beratlının da qeyd etdiyi kimi 1713-cü ildə Osmanlı İmperatorluğundan Şimali Kipr Türk Respublikasına sürgün edilən Şamlı boyundan olan insanlara və ya onların nəvələrinə aiddir.

Bunlar sadəcə bizim bildiklərimizdir, kim bilir Şamlı (Şamlu) adını daşıyan bilmədiyimiz daha neçə kənd, məhəllə, nəsil və s. vardır.
Yeri gəlmişkən, “Falling Rain Genomics, Inc” adlı təşkilatın internet saytında dünyada adının kökü “Şam” sözü ilə başlayan təxminən 200-ə yaxın yaşayış məskəninin siyahısı verilmişdir. Bu siyahıda Qəbələ rayonundakı Şamlı kəndinin də adı vardır. Fikrimizcə bu fakt, həmin yaşayış məskənlərinin eyni yerdən (Suriyanın Şam şəhəri) gəlmiş insanlar tərəfindən qurulduğunun bariz nümunəsidir. Dünya ölkələrində olan bəzi yaşayış məskənlərinin adı isə bəzi hallarda müxtəlif səbəblərdən Şa-mi ([ə]-1) Şam vilayətindən (şəhərindən) olan; şam-lı; 2) məc. qara, qarabəniz – müəl.)  Şamlıq, Şamlo, Şamlau, Şamlar, Şamlıoğlu, Şam oğlu, Şamlau, Şamlaut, Şamlıcı, Şamlı Dheri, Şamlıevo, Şamlii, Şemli və s. şəklində də işlədilmiş və hazırda da işlədilir. Osmanlıca-türkcə lüğətdən də “Şami” sözünün mənasının Şam şəhərindən olan, Şamlı; Şam şəhəri ilə əlaqəli insan demək olduğu məlum olur. Bəzən isə bəzi dövlətlərdə, Şamlı adını daşıyan yaşayış məskəni eyni zamanda başqa adlarla da tanınır. Məsələn, Bolqarıstanda yaşayış məskənlərinin Şamlı adının dəyişdirilərək Qorno Botevo E. Zağra və ya Şamlievo Plevne şəklində dəyişdiril-diyinin şahidi oluruq. Şamlı kəndinin Şamliy və Qorno Botiowo adları ilə də tanındığına rast gəlmək olur. Bu yaşayış məskənlərinin Suriyanın Şam şəhəri ilə, oradan gəlmiş Şamlı türk tayfası ilə ilə əlaqəsi şübhəsizdir.

Tədqiqat dövründə internetdə tapdığımız başqa bir yazıda yenə Şamlu (Şamlı) boyu haqqında maraqlı məlumata rastladıq. Yazıda məlumat verilir ki, Yeni-il Sivas vilayətinin güneyində Mancılıq, Gürün və Həkimxan arasında qalan bölgələrdə yaşa- yan oymaqların əsas adıdır. Bura bu gün Uzunyayla olaraq bilinməkdədir. Yeni-il maliyyə baxımdan III. Muradın anası Nur-Banunun İstanbulun Üsküdar məhəllə-sində tikdirdiyi camiyə tabe etdirilmişdi. Bu səbəblə də bu Türkmən qrupuna Üsküdar Türkmənləri də deyilməkdədir. (H:1275) 1858-1859-cu illərə qədər idari təşkilatını sürdürən Yeni-il Dul-qədirlu və Hələb Türkmənləri olmaq üzrə iki qoldan meydana gəlməkdəydi. Hələb Türkmənləri olaraq bilinən bu oymaq yay ayların-da yaylaq məqsədilə bu bölgələrdə oturur, qışda Hələb bölgəsinə köç edərdilər. Bunun üçün onlara Yaban-Əri və ya Şamlu (Şamlular) da deyilməkdəydi. Bu Ya-ban-Ərinin qolları Bəydili, Bayat, Avşar, Bayındır, Harbəndəlu, Qaraqoyunlu boy-larına mənsub idilər. Şamlı türklərinə aid digər bir məlumatın verildiyi Türkiyədəki Şamlar kəndinin internet saytında isə belə yazılır: “...Şamlı Türklərinə mənsub qələbəlik bir kütlə, Hələb və Adana arasındakı geniş sahədə yaşamışlar. Bunlardan bəziləri Toroslar və ətrafına gəlmişlər. Şamlı Türkmənlərinin böyük bir bölümü, 15-ci yüz ildən sonra Güney Azərbaycan və İranın müxtəlif bölgələrinə köç etmişlər. Rəvayətə görə bu Türkmənlərdən bir qismi isə Əşrəfoğlu Camisinin tikildiyi dönəmdə Bəyşehirə gəl-mişdir...”. Göründüyü kimi Şamlar kəndinin Şamlı türkləri tərəfindən qurulduğu verilən məlumatda da təsbit edilir. Türkiyəli tarixçi Adnan Menderes Qayanın 2004-cü ildə Türkiyədə yayınlanmış “Afşar Türkmənləri” adlı kitabında Şamlı tayfası haqqında geniş məlumat verilir: “Şamlı Afşarı (Əski Yörük) adından da anlaşıldığı kimi Quzey Suriya, ya da digər adıyla Hələb Afşarlarından gəlməkdədirlər. İranda, özəlliklə Səfəvilər dövründə etkinliyini (təsirini – müəl.) gördüyümüz Şamlılar isə Hələb Türkmənlərindən olub başqa boylara mənsubdu. Ancaq, günümüzdə İrandakı Afşarların obalarından biri Şamlı adını daşıyır. Anlaşılan bu Şamlılar, zamanla Afşarlar arasına girib onun bir obasını təşkil etmişdir. 16-cı yüz ildə Qaraman əyalətində bulunan Atçəkən oymaqları arasında Əskil qəzasında sakit bir Şamlular (digər adı Başagirən) camaatı bulunmaqdadır. Bu Şamluların bir bölümü də eyni yüz ildə Tarsus yörəsində bulunurdu. Qutlu Hanlı tayfasına bağlı olan bu camaat, 1543-də ortaya çıxmışdır... Şamlıların önəmli bir bölümü isə Mərsin civarında (ətrafında – müəl.) bulunurdu... ...Şamlılar (digər adı Əski Yörük), əsl vətənləri olan Anamurun Çuxurşamlı köyünə (kənd – müəl.) iskan (məskunlaşdırma – müəl.) edildi. Boz-Ulusun Aydın bölgəsində bulunan camaatları arasında yeni oluşan bir Şamlı obası var. Bu obanın bizim Şamlılardan ayrı olmadığını görürük... Şamlılar, Alanya, Anamur, Aydın, Bəyşəhir, Dənizli, Düşənbə, Edirnə, Eflani, Eğridir, Gülnar, Güzelhisar – Aydın, Hamit, İç-Əl, Qaraman, Kıbrıs, Kütahya, Lazkiyə – Kütahya, Manavqat, Manisa, Məntəşə, Rakka, Sarıçam, Saruhan, Tarsus, Təkə, Yalvaç və Zara – Kastamonu bölgəsində yerləşmişdir...”. İnternetdə verilən bir məqalədə Şamlı (Şamlu) haqqında belə yazılır: “...Kərkük və Haləb bölgəsində Bayat boylarının qonaqladıqları (yerləşdikləri – müəl.) bilinməkdədir. Səfəvi Dövlətini quran Şamlu oymaqlarının böyük əksəriyyətini Bayatlar təşkil edir...”. İnternetdə yayınlanan “İraqdakı Türk oymaqları. İraqda varlığı bilinən boy və oymaqlar” məqaləsində də Şamlu boyu haqqında, bu boyun Səfəvi dövlətinin qurulmasındakı rolundan söz açılır:“...Quzey Suriya Türkmənləri Səfəvi dövləinin quruluşuna, özəlliklə Şamlu adı altında qatılmışlardır. Şah Abbas dövründə Şamlular, digər bütün qızılbaş boylarını keçərək birinci sırada yer almışlardır. Səfəvi dövlətinin dayandığı ən başta gələn Türk boylarından biri olan Şamlu boyu, başlıca Bəydili, İnallu (daha sonraları İnanlu) və Harbəndəlu (Hudabəndəlu) obalarından təşkil olunurdu...”. Türkiyəli tarixçi Vətən Özgülün internetdə yayınlanan “XIX yüzildən öncə Balaban aşirəti” adlı əsərində XIII əsrdə Suriyada qələbəlik bir Türkmən topluluğunun yaşadığı və bu topluluğun çox mühüm bir hissəsinin yayda Sivasın (Türkiyə) cənub bölgələrinə və Uzun Yaylaya (Türkiyədə) getdiyi qeyd edilir. Bunlara Şamlu, Şam Türkləri və ya Şam Türkmənləri deyilirmiş. Tarixçinin eyni ad-lı əsərində bu tayfa haqqında belə yazılır: “...Səlçuqlular dövründən bəri Hələb-Antəp arasında qışlayan və Sivas-Gürün-Gəmərək arasında yaylayan Türkmən oymaqlarına Farsca tarixlərdə Ətrak-i Şam və ya Türkman-ı Şam, Türk xalqı arasında və Türkcə əsərlərdə də Şamlu deyilirdi. Osmanlı dövründə rəsmi sənədlərdə Hələb Türkmənləri deyilən Hələb-Antəp arasındakı topluluq başlıca Avşar (Afşar), Bəydili, İnallu, Harbəndəlu, Bayat kimi oymaqlara ayrılmışdı...”. Şamlı tayfası haqqında mərhum Türkiyəli professor Faruq Sümərin “Oğuzlar” kitabında da bəhs edilir. O, yazır: “...XIII əsrdə Suriyada qələbə-lik bir türkmən elatı yaşayırdı. Bu elatın çox mühüm bir qismi yayda Sivasın cənub tərəflərinə və Uzun Yaylaya (Türkiyə – müəl.) çıxırdı. Bunlara Şamlu, Şam türkləri və ya Şam türkmənləri deyilirdi”. Tədqiqatçının əsərində Şimali Suriya türkmənlərinin Səfəvi dövlətinin yaradılmasında Şamlı (Şamlu) adı altında iştirak etdikləri qeyd olunur. Faruq Sümər eyni adlı əsərində Şamlı boyu haqqın-da belə yazır: “...Şamlu yayda Sivasın güney (cənub – müəl.) tərəfində və Uzun Yaylada yaşa-yan, qışı Hələb bölgəsində keçirən türkmənlərin Bəydili, Xarbəndəlu, İnallu kimi oymaqların qolla-rından meydana gəlmişdir...”. Müəllif Şamlı (Şamlu) boyu haqqında yazarkən eyni adlı əsərində daha sonra bunları qeyd edir: “...Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: Ustacalı-Ustahacılu (Səfəvi dövründə Ustaclu), Rumlu, Təkəlü, Zülqədər, Şamlu, Qaçar...”. Bu barədə professor Faruq Sümərin “Qaşqay” adlı əsərində də yazılır: “Bir çox boy və obadan meydana gəlmiş olan Qaşqay elinin bu boy və obaları arasında diqqəti çəkən tarixi boy və oymaqlar bunlardır: Bayat (Oğuz boyu), İğdü (Oğuz boyu), Beğ Dili (Oğuz boyu), Çarıhlu (Çarıklu-Oğuz boyu ?) Kaçarlu, Şamlu, Ağaç-Eri, (Qara-Qoyun-lulardan), Halac, Musullu (Ağqoyunlulardan), Oryad (Oryad Monqol ?)...”. Bu fakta azərbaycanlı tədqiqatçı Mirzə Balanın (Məmmədzadə – müəl.) internetdə yayınlanmış “Qaşqay” adlı məqaləsində də rast gəlirik: “...Bəydililərin, Timur səfərlərini izləyərək, Suriyadan Azərbaycana dönən Şamlu Bəydililərdən bir qol olduğu sanılmaqdadır. Eyni təxmin Baharlular üçün də uyğun görülə bilər...”. Həmyerlimiz, alim Vasif İsmayıloğlu 2002-ci ildə İstanbulda nəşr olunmuş “Bir gün xəstəxanada, kürtləşmiş Azərbaycan Türkləri” adlı kitabında Şamlı boyu haqqında belə yazır: “...Quzey (Şimali – müəl.) Azərbaycanın Şamlu, Ayrımlu kimi Türk-mən boyları Güneydoğu (cənub-şərq – müəl.) Ana-dolunun Türkmənlərindən ikən Yavuz Sultan Səlim zamanında məzhəb fərqliliklərindən (Hənəfi və Cə-fəri məzhəbləri nəzərdə tutulur – müəl.) doğan ixtilafla əlaqədar köç etmişlərdir”. Türkiyəli professor Əbdülxaluq M. Çayın internetdə yayınlanmış “Azərbaycan və Türklər” məqaləsində də bu barədə məlumat var: “...Qaraqoyunlular, Ağqoyun-lular kimi Türkmən topluluqlarından sonra Anadoludan Azərbaycana gələn bu üçüncü böyük köçü təşkil edir. Bu Türkmən topluluqları arasında Sivas, Amasya, Tokat bölgəsindən gedən Ustacalu, Şamlu, Rumlu; Antalya bölgəsindən Təkəlü; Qaraman bölgəsindən Turqutlular və digərləri; Tarsus bölgəsindən Varsaqlar və Dulqədirlilər (Zulqədr)’i görürük”. Türkiyəli yazıçı Nihad Çətinqayanın “Qızılbaş Türklər (tarixi yaranışı və inkişafı)” kitabında Şamlı (Şamlu) tayfası haqqında bəhs edir. O, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyevin “Səfəvi Dövlətinin quruluşunda Türk aşirətlərinin rolu” məqaləsinə istinadən belə yazır: “1576’da İskgəndər Münşi tərəfindən verilmiş buyruqlarda (sərəncam, tapşırıq – müəl.), Türk əsilli Qızılbaş aşirətlər, aşağıdakı kimi sıralanmışlar: Samlu, Ustağlu, Türkmən, Rumlu, Dulkadir, Afşar, Kaçar, Təkəli və Hunuslu...”. Professor Oqtay Əfəndiyevin “Səfəvi Dövlətinin quruluşunda Türk aşirətlərinin rolu” məqaləsində eyni fikrin davamı olaraq belə yazılır: “...1628 ilində eyni yazıçı tərəfindən verilən siyahıda Türk aşirətlərinin siyahısı da verilmişdir: Şamlu, Ustaoğlu, Dulkadir, Qaçar, Afşar, Türkmən, İspirli, Rumlu, Qaradağlı, Bayat, Alpaqut, Kazaklı, Qacirlı, Bayburtlu. Şamlulular; Bəydili, Abdili, Arabgirli, Nikaz qəbilələrinə bölünmüşlərdi...”. Professor O. Əfəndiyev daha sonra eyni adlı əsərində Şamlı (Şamlu) boyu haqqında belə yazır: “...Bayat aşirətindən Oruc Bəy (İranın don Juanı), Qızılbaş aşirət qolları və ailələri ilə aşirətlərin hamısını göstərən bir siyahı verir. Bunlar içində ən önəmliləri olaraq Ustağlu, Samlu, Afşar, Türkmən, Bayat, Təkəli, Dulqadir, Kaçar, Qaramanlı, Bayburtlu, İspirli və Baharlıdan təşkil olunmuş 32 ailə və aşirət yer almaqdadır...”. Türkiyənin Balıkəsir Universiteti tarix bölümünün dosenti Abdulməcid Mutaf bu sətirlərin müəllifinə yazdığı elektron məktubda (e-mail) bil-dirdiyinə görə dörd ailənin Suriyadan gələrək Balıkəsirdə (Türkiyə) yerləşdikləri ərazi onların mənsub olduqları tayfanın adı ilə Şamlı adlandırılmışdır. Bundan başqa internetdə verilmiş bir məlumatda yazılır ki, Türkiyənin Elazığ vilayətinin Ürünverən kəndində yaşayan Şamlı oymağına mənsub insanlar köklərinin Şamdan gələrək Elazığ vilayətinin kəndlərində və bir hissəsinin də Konya bölgəsində yerləşdiklərinə inanırlar. Türkiyə-nin Muğla vilayətində yaşayan zabit Hacı Hüseyn Əfəndinin soyu yerli xalq arasında “Şamlılar” olaraq bilinir. Onu da qeyd edək ki, köklərinin Suriyadan gəldiyinə dair inam Azərbaycan Respublikasının Qəbələ rayonundakı Şamlı kəndinin köklü sakinlərində də var. Yaşlıların söylədiklərinə görə Şamlı kəndi yerləşən ərazidə ilk dövrlərdə üç-dörd ailə yaşayırmış. Fikrimizcə, Balıkəsirdə olduğu kimi Qəbələdə də bu ərazi orada məskunlaşan insanların gəldikləri yerin (Şam-lı, yəni, Şamdan gələnlər) və ya mənsub olduqları tayfanın (Şamlı) adı ilə “Şamlı” adlandırılmışdır. Bəlkə də hazırda Qəbələnin Şamlı kəndində yaşayanların kökü Şamlı əmirlərinə qədər çatır. Yeri gəlmişkən qeyd edək ki, Şamlı kəndinin adı bəzən səhv olaraq Şamılı kimi yazılır. Halbuki, istər rəsmi sənədlərdə (məs. “Azərbaycan Respubli-kasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu), istərsə də tarixi mənbələrdə, o cümlədən tanış ola bildiyimiz bütün kitab və məqalələrdə Qəbələ rayonundakı kəndin adı Şamlı olaraq yazılır. Cavad Heyətin internetdə yayınlanmış “Azər-baycanın Türkləşməsi və Azərbaycan Türkcəsinin Təşəkkülü” əsərində Əmir Teymurun Anadolu səfərindən qalib olaraq döndüyündə bir çox türk boylarını (o cümlədən Şamlı boyunu) Suriya və Anado-ludan Azərbaycana gətirdiyi qeyd olunur: “...Özəlliklə Teymur Anadolu səfərindən qalib olaraq döndüyündə bir çox Türk boylarını Suriya və Anadoludan Azərbaycana gətirdi. Bunlar Şamlı, Mu-suulu, Rumlu, Kaçar, Afşar, Zulkadir, Kovanlu, Kozanlu, Təkəlu, Baharlu, Varsaqlu, Bəydili boyla-rı olub Azərbaycanda qaldılar və bir çoxu Ərdəbil və ətrafında Səfəvi şeyxi (Şeyx Əli)nin (əfsanəyə görə Ərdəbildən keçərkən Əmir Teymura rast gələn Səfəviyyə təriqətinin qurucusu Şeyx Səfiəddin Ərdəbilinin nəvəsi, bu təriqətin rəhbəri Şeyx Əlinin xahişi ilə əsirləri bağışlayır və onları şeyxin xidmətində durmaları üçün Ərdəbil yaxınlarında yerləş-dirir – müəl.) ətrafına toplanıb onun və oğullarının müridləri oldular...”. Bu barədə məlumat İsmayıl Qayqusuzun “Qızılbaşlıq və Qızılbaşlar” adlı məqaləsində də var: “...1402 Ankara savaşında Yıldırım Bəyazidi böyük məğlubiyyətə uğradan Teymur (Əmir Teymur – müəl.) geri dönərkən, birlikdə götürdüyü otuz min əsir Türkməni, Ərdəbil şeyxi Xoca Əliyə hədiyyə etmişti. Əsir Türkmənlərin böyük əksəriyyəti Təkəlü və Qaramanlulardı...”. Bu haqda məlumat Q. Ağayevin yuxarıda adı qeyd edilən məqaləsində də var. Müəllif əsərində Şamlı tayfasının adının Göyçay və Ağdam qəzalarındakı kənd adlarında qorunub saxlandığını qeyd edir.

Abbasqulu ağa Bakıxanovun internet vasitəsi ilə oxuduğumuz “Gülüstani-İrəm” adlı əsərində Şamlı tayfası haqqında belə yazılır: “...Sultan Məhəmməd Xudabəndə (Şah İsmayıl Xətainin böyük qardaşı – müəl.) taxta oturdu. ...Şamlı və sair tayfaların əmirlərindən bir neçəsinə Şirvanda torpaq verildi...”. Abbasqulu ağa Bakıxanov eyni əsərində daha sonra qeyd edir: “...Şirvanda Qaramanlı, Təkəli, Şamlı...və sair bir çox tayfalar vardır”. Tarixdən məlum olduğu kimi Qəbələ də müəyyən bir tarixi dövrdə (Şirvanşahların zamanında) Şirvan vilayətinin tərkibində olub. İnayətullah Rzanın internetdə yayınlanan “Aran adı nə üçün məhv oldu?” məqaləsində də bu fakt təsbit olunur: “...Şirvanşahların zamanında Qəbələ ki mülknişin idi və yerli hakimlərin hakimiyyəti altında olurdu, Şirvan hökümətinə tabe oldu...”. Şamlı tayfasının Azərbaycana köç faktı haqqında Türkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də məlumat vardır: “...Təkəli, Şamlu, Ustaclu və Rumlu Türkmənlərin böyük bir qismi daha o zamandan (1470-ci illərdə) İran və Azərbaycana köç edərək, Şeyx Heydərin ilk Qızılbaş ordusunu təşkil etmişlərdi”. İ. Kayqusuz daha sonra eyni adlı məqaləsində yazır: “...Bunların bəziləri, öncə qeyd edildiyi kimi, Xoca Əlinin Ərdəbilə yerləştirdiyi Türkmənlərin (Təkəlü, Qaramanlu), o biriləri isə Şeyx Cüneydin savaşlarına qatılaraq, ya da Şeyx Heydər dönəmində (məsələn, Azərbaycanda kənd təsərrüfatı bölgəsinə yerləşmiş Şamlular kimi) gəlmişlərdi...”. Bu faktı İsmayıl Qayqusuz “Sufi qıran Çaldıran...” məqaləsində də təsdiq edir: “...Qızılbaş ordusunu təşkil edən Qızılbaş Türkmən qəbilələri də, son yarım yüz il boyunca Azərbaycan və İrana köçüb yerləşmiş əqrabalarından (qohum – müəl.) başqaları deyildi...”.

Şimali Kipr Türk Respublikası tarixçisi Dr. Nazim Beratlının “Kıbrıslı Türklərin Tarixi” kitabında da Şamlı boyu haqqında maraqlı və dəyərli məlumatlar verilir. Tədqiqatçının verdiyi məlumata görə monqol birliklərinin hücumlarından qorunmaq məqsədilə o dövrdə Sivas və Kaysəri ətrafında olan Türkmənlər ilə Ağaçerlərdən ibarət 40 min çadırdan ibarət bir topluluq, 1277-ci ildə Suri¬yaya ge-dərək, qış aylarını Qazzədən Amik Ovasına qədər olan bölgədə, yay aylarını isə Sivasın cənubundakı Uzun Yaylada keçirməyə başlamışlar. Oğuzların Bayat, Bəydili, Afşar və Döğər boylarından təşkil olunmuş bu yeni oymağa, o tarixdən etibarən, artıq Şamlu Türkməni deyil¬məyə başlanır. Tarixçinin tədqiqatına görə XV əsrdə Şamlular ilə bağlı ən önəmli sənəd, Ağqoyunlular ilə Osmanlıların bir-birinə göndərdikləri "Şamlu Sorunu" adlı bir raportdur. Bu raportdan, Ağqoyunlulara daha yaxın olan Şamluların ən önəmli qızılbaş aşirəti olduq¬ları öyrənilir. Nazim Beratlı yuxarıda adı adı qeyd edilən əsərində XVI əsrdən Şamlu boyunun məşhurlaşdığı dövr olaraq söz edir. Müəllifin yazdığına görə 1500-ci ildə Şah İsmayıl Ərzincana gəlib Anado¬luda özünə bağlı Türkmənlərin ətrafında toplanmasını istəyincə, bu çağırışa ilk qoşulanlar, hələ də qış aylarını Hələb ətrafında, yay aylarını Uzun Yaylada yaşamaqta olan Şamlular oldu. Yeri gəlmişkən, ço-cukluğunda təhlükədə olan Şah İsmayılı Ərdəbildə gizlədən mamaçası da, onu Gilana aparıb gizlədən lələsi Hüseyn də, Şamlu oymağındandırlar. Çaldıranda Osmanlıya qarşı savaşan qızılbaş or¬dusunun sağ qanadının komandiri Durmuş Xan Şamludur. Çaldı¬randan sonra, artıq Şamlu, İran ya da Azərbaycanın ən önəmli aşirəti halına gəlir. Müəllifin göstərdiyinə görə Türkmən İsgəndər bəy, onlardan “Taife-i Celile”, yəni “Ulu toplu-luq” deyə söz edərmiş. Şamlunun İrandakı bu önəmi, iki yüz il bo¬yunca sürmüş və XVII əsrdə təsirini itirmişdir. Amma bugün hələ də Azərbaycan əhali-sinin önəmli bir hissəsini onların nəvələri təşkil edir. Nazim Beratlının qənaətincə tarixi faktlar Şamlu boyunun Osmanlı liderliyinə heç bir zaman boyun əymədiyini, bir başqa bir deyimlə yerli mədəniyyətlə, Anadoluda heç bir zaman barışmadığı görülür. Bunun nəticəsi isə, İrana göçmək məcburiyyətində qalmaqdır. Anadoluda qalan oymağın çok küçük bir qolunun böyük əksəriyyəti də 1713-cü ildə Kiprə sürgün edilincə, orada cüzi bir Şamlu əhalisi qaldı. Oymağın nəvələrinin böyük qismi, hazırda İranda ya¬şamaqdadır. Müəllif prof. Sümərin “Oğuzlar” kitabına istinadən, bugün İran-da artıq Şamlu ya da Bəydili ad¬ları ilə xatırlanan önəmli bir topluluq qalmadığını, Qaragözlü, Aynallu (İnallı), Hərbəndəlü və Şahsevən deyə xatırlanan topluluqların, Şamluların nəvələri olduqlarını qeyd edir. Bu məlumata internetdə yayımlanan “Bəy-dili” adlı məqalədə də rast gəlmək olar. Məqalədə yazılır ki: “...Şamlu boyunun İnallu (İnanlu) obası Şahı Sevən olaraq varlığını günümüzə qədər davam etdirmişdir”. Fikrimizcə, Şamlı (Şamlu) adı ilə bağlı olan bütün yaşayış məskənlərinin sakinləri və bu adı daşıyan nəsillər arasında birbaşa bağlılıq, tayfa qohumluğu mövcuddur. Son olaraq qeyd etməyi lazım bilirik ki, bu qeydlər kökü, soy bağı ilə Qəbələ rayonunun Şamlı kəndinə bağlı olan müəllifin bu torpağın tarixi keçmişinə işıq tutmaq cəhdi idi. Fikrimizcə, Şamlı kəndinin tarixi keçmişi haqqında geniş elmi tədqiqata ehtiyac vardır.


ƏDƏBİYYAT SİYAHISI:


1. Axundov, Ağamusa. “Torpağın sinəsində tarixin izləri”, “Gənclik” nəşr., Bakı, 1983. 2. Yusifov, Yusif.; Kərimov, Sərraf. “Toponomikanın əsasları”, “Maarif” nəşr., Bakı, 1987. 3. Əhmədov, Tofiq. “Azərbaycan toponomikasının əsasları”, Bakı Dövlət Üniv. Nəşriyyatı, 1991. 4. Məşədiyev, Qara. “Zaqafqaziyanın Azərbaycan toponimleri”, ”Elm”nəşr., Bakı, 1990. 5. Cəlilov, Firidun. “Əski “Qaşqay” etnonimi”, “Azərbaycan onomastikası problemləri”, III, Bakı, 1990, Səh. 187-188. 6. Məmmədoğlu, Ələddin; Əliyeva, Xatirə A. “Yer adları”tarixin aynasıdır”, Türk Kültürü Dergisi, Ankara, 1999, Sayı: 437, Shf. 552–558.

Статью можно улучшить?
✍ Редактировать 💸 Спонсировать 🔔 Подписаться 📩 Переслать 💬 Обсудить
Позвать друзей
Вам также может быть интересно: